Sergey Lavrov: Aİ Trans-Xəzər layihəsini Azərbaycan və Türkmənistana sırıyır

Avropa İttifaqı Trans-Xəzər qaz kəməri layihəsini Azərbaycan və Türkmənistana sırıyır.


Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


S.Lavrov bildirib: "Bizim Aİ-dən olan tərəfdaşlarımız Trans-Xəzər qaz boru kəməri layihəsini sözün əsl mənasında Azərbaycan və Türkmənistana sırıyır".


Onun sözlərinə görə, onlar belə məsələlərə saymazyana yanaşırlar: "Bu məsələ Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır".
Şərhlər
Siyasət bölməsinin xəbərləri