Azərbaycanda ipoteka kreditləşməsininin həcmi 0,6 milyard dollara çatıb

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-aprel aylarında 32,06 milyon manat məbləğində kredit verilib ki, bu da I rübün nəticələri üzrə maliyələşdirmənin həcmini 2,11 dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

Hesabata əsasən, mart ayında ipoteka kreditinin həcmi 2013-cü ilin fevral ayında verilmiş kreditdən 2,05 dəfə çox olub.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manat (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-aprel ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 20,4 milyon manat (I rübün yekunları üzrə göstəricidən 69,3 faiz çox) təşkil edib. AİF aprel ayında istiqrazlar yerləşdirməyib, buna görə də qiymətli kağızlar portfeli fevral ayınının göstəricisi səviyyəsində - 11 milyon manat qalıb. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır.

Aprel ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri