Sumqayıtda bir neçə gün əvvəl yanğın baş verən “Karvan” Ticarət Mərkəzində bədbəxt hadisə olub
- 30.10.2013, 01:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda bir neçə gün əvvəl yanğın baş verən “Karvan” Ticarət Mərkəzində bədbəxt hadisə olub.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ticarət mərkəzində təmir işlərində çalışan, 35 yaşlı Ramil Rafiq oğlu Hüseynovun üstünə beton piltə düşüb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 19-da Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb.
Xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.