«Microsoft Azerbaijan»: Azərbaycan dilində olan yeni klaviatura «Windows 8.1»ə uyğunlaşdırılıb

«Microsoft Azerbaijan»: Azərbaycan dilində olan yeni klaviatura «Windows 8.1»ə uyğunlaşdırılıb Azərbaycan dilində olan yeni klaviatura düzülüşü «Windows» Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.

«Microsoft Azerbaijan» şirkətinin məlumatına görə, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb.

Şirkətdən APA-ya verilən məlumata görə, proqramın növbəti versiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən yeni milli standart kimi qəbul olunub. Öz növbəsində, RİTN-in sifarişi ilə yeni klaviatura düzülüşü «Microsoft Azerbaijan» şirkəti tərəfindən «Windows 8.1» Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifadəçilər həm yeni, həm də öncəki klaviatura düzəlişindən yararlana bilərlər.

«Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb», - deyə şirkətin məlumatında bildirilir.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51