ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftənin əvvəlində Azərbaycana səfərə gələcəklər.

APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəlində Azərbaycana gələcək.

Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir. Onlar Bakıdan Ermənistana yola düşəcəklər.

Xatırladaq ki, amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda qısamüddətli səfərdə olub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri