Şəkidə ev yanıb, ev sahibinin yanmış meyiti tapılıb

Şəkidə ev yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə yanıb.

Kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunmuşdur.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri