Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb

Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb.


"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıdan Gürcüstan sərhədinə qədər avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən yolun ümumi uzunluğu 80 km təşkil edir. Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.


Tikinti işləri çərçivəsində 1 körpü və yanaşma yolları istisna olmaqla 5 yol qovşağının tikintisi başa çatdırılıb. Nəzərdə tutulan 196 suötürücü qurğusundan 160-ı tikilib, torpaq işlərinin 94 faizi, asfalt işlərinin isə 75 faizi yerinə yetirilib.


Tətbiq olunun 2 növbəli iş rejiminə uyğun olaraq, hazırda tikinti işləri sürətlə davam etdirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri