İmamzadə ziyarətgahında qurban kəsən gənci bıçaqladılar

Gəncədə bıçaqlanma hadisəsi olub.


Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini 22 yaşlı Bəxtiyar İsmayılov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.


Əməliyyyat edilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Kəpəz Rayon Polis İdarəsindən bildirilib ki, ilkin məlumatlara görə, hadisə İmamzadə ziyarətgahında baş verib.


Orada qurban kəsmək istəyən Bəxtiyar İsmayılovla ziyarətgahda olan 65 yaşlı Məhəmməd Həmzəyev arasında mübahisə yaranıb və dava bıçaqlanma ilə nəticələnib.


Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib ki, Həmzəyev hadisəni törətdiyini etiraf etmir. Xəstə isə şok vəziyyətində olduğundan onu dindirmək mümkün deyil. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri