Gənc azərbaycanlı müğənni Həmid Sultan Türkiyənin məhşur ifaçılarından olan Selami Şahinlə duet yazdırmaq fikrinə düşüb.
Live.az-ın verdiyi məlumata görə, layihə barədə danışan müğənni deyib ki, müğənni Selami ilə duet yazdırmağın coxdan arzusunda olub.
“Mən helə uşaqlıqdan onun mahnılarının dəlisi olmuşam. İlk dəfə onunla 2011-ci ildə Bakıda görüşmüşəm. Bu mənim üçün unudulmaz görüş idi. Biz onun məhşur mahnısı olan “Özlədimi” bir yerdə ifa etdik. Selami ilə bir çox layihələrimiz var. Allahın köməyi ilə hər şey yaxşı olacaq” – deyə müğənni vurğulayıb.
Həmid Sultan yaxın zamanda Selami Şahinlə danışıqlar aparmaq üçün Türkiyəyə üz tutacaq.