“Euronews” Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları barədə reportaj hazırlayıb

“Euronews” Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları barədə reportaj hazırlayıb 2015-ci ildə Xəzər dənizinin sahilində yerləşən, ənənəvi dəyərləri və müasir məramları özündə birləşdirən bənzərsiz şəhər Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bunu Avropanın nüfuzlu "Euronews" telekanalının saytı yazır.


Trend-in məlumatına görə, məqalədə deyilir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları beynəlxalq idman təqvimində mühüm bir hadisə olacaq.


Məqalədə, həmçinin qeyd olunur ki, Bakı yeni hava limanı terminalı, eləcə də nəqliyyat və bir çox digər infrastruktur və şəhərin genişləndirilməsi layihələrinə sərmayə yatıraraq 2015-ci ilin iyun ayında tarix yazmağa - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.


İlk Avropa Oyunlarında Avropanın bir çox ölkələrindən xeyli sayda idmançı iştirak edəcək.


"Euronews" həmçinin yazır ki, artıq ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq bəzi yerlərin adları açıqlanıb və onlardan biri "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən "Bakı Kristal Zal"dır.


Məqalədə qeyd olunur ki, idmançıların yerləşməsi üçün dəbdəbəli, geniş və yaxşı təchiz olunmuş mənzillər də ayrılıb.
Şərhlər
İdman bölməsinin xəbərləri