XİN Bakıya gəlməyə hazırlaşan məşhura xəbərdarlıq etdi
- 31.10.2013, 18:11,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il dekabrın 18-də “Baku Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertin keçirilməsi nəzərdə tutulur. 80-ci illərdə San-Remodakı festivalda İtaliya mahnılarının məşhur ifaçıları olmuş Toto Kutunyo, Pupo, Al Bano, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn kimi estrada ulduzları və “Matia Bazar”, Rikkardo Foli, "Rikki e Poveri” musiqi qruplarının adı yer alır.
Bakıda keçiriləcək festivalda iştirak etməsi nəzərdə tutulan müğənnilərdən biri Azərbaycan XİN-in qarasiyahısındadır. ANS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Nazirlik rəsmisi qeyd edib ki, italiyalı müğənni Al Banonun ad-soyadı hələ də XİN-in “qara siyahısı”nda saxlanılır. Buna, italyan estrada ulduzu Al Banonun üç il öncə - 2010-cu ilin oktyabrında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməsi səbəb olub. O, Azərbaycanın keçmiş Ağdərə rayonunda ermənilərin ənənəvi olaraq keçirdiyi “Qarabağ korridası” uzunqulaq yürüşünü izləmişdi. Məhz buna görə də o, Azərbaycan ərazisinə səfər edə bilməz.