Bakıda gecə 18 yaşlı qadın ərinin qəzəbinə tuş gəldi
- 31.10.2013, 18:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün axşam saat 22:25 radələrində Bakının Suraxanı rayonu ərazisində Bilgəh qəsəbəsində ər arvadını bıçaqlayıb. Sabunçu rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, Bilgəh qəsəbəsi, Dəniz küçəsində 1995-ci il təvəllüdlü Aygün Hacıağa qızı Rəhimova çoxsaylı bıçaq yaraları ilə 3 saylı xəstəxanaya gətirilib.
Qadın dindirilmə zamanı əri Rahib Əhmədağa oğlu Dadaşov tərəfindən bıçaqlandığını deyib. Araşdırmalar zamanı qadının ailə münaqişəsi zəmnində bıçaqlandığı məlum olub. Hazırda qadının həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.