Səidə Sultanın nənəsi ATV-də müğənnini biabır etdi
- 31.10.2013, 18:44,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Səidə mənim qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi”.
Səidə Sultanın ata nənəsi 75 yaşlı Əminə xanım ATV-nin “Ümid var” verilişində bunları deyib. O, ilginc açıqlamalarla çıxış edib.
Nənənin sözlərinə görə, Səidə Sultanın anasını cadu ilə məşğul olub: “Mən ona cadügun dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram”
Proqramda Səidə Sultanla canlı telefon bağlantısı yaradılıb. Nənəsinin ittihamlarına cavab verən müğənni nənəsinə qarşı hem bir kobudluq etmədiyini deyib: “Ailəmin, anamın artıq işi olsa, deyin ayıb olsun sənə. Əgər o hərəkəti eləmiş olsam, Allah mənim canımı alsın bu yaşda. 30 yaşım var, bu vaxta qədər nənəmlə heç söz-söhbətim olmayıb. Gəlin bütün qohumlarımdan, bizi tanıyanlardan maraqlanın o necə insandı.
Gözümüzü açıb nənənin fironluğunu görmüşük. Həmişə anama deyir ki, qoymayacam balaların xoşbəxt olsun. Anam pis gəlin olsaydı, atam öləndən sonra onu saxlamazdı. Atam öləndə anasından halallıq da almadı. Sadəcə illərdir aralarında gəlin qayınana problemi var”.
O ki qaldı nənənin nəyi görməsinə, bunu Səidə Sultan ağlayaraq özü açıqlayıb: “Bütün qohumlara, hamıya deyir ki, Səidəni evdə kiminləsə tutmuşam. Mən anamın, ailəmin yaşadığı evə kimi gətirərəm? Allah heç kəsə elə nənə qismət eləməsin!”
Publika.Az