İsrail və Türkiyə "Azadlıq flotiliyası" üçün kompensasiyalar haqqında müqavilənin layihəsini razılaşdırıblar

İsrail və Türkiyə "Azadlıq flotiliyası" üçün kompensasiyalar haqqında müqavilənin layihəsini razılaşdırıblar İsrailin Xarici İşlər Nazirliyi "Azadlıq flotiliyası"na keçirilmiş reyd üçün kompensasiyanın müzakirəsi üzrə ikinci görüşü "pozitiv və konstruktiv" adlandırıb və əlavə edib ki, danışıqların üçüncü raunduna ehtiyac olmaya da bilər. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

2010-cu ildə İsrailin "Azadlıq flotiliyası"na hücumu nəticəsində həlak olmuşların ailələrinə kompensasiya ödəmələri üzrə Türkiyə və İsrail arasında ikinci görüş bazar ertəsi bitib.

Qüdsdəki baş vermiş görüş altı saat yarım davam edib.

Türkiyənin İsraillə diplomatik münasibətlərin tam bərpası əvəzinə kompensasiyaların ödənilməsi əsas tələblərindən biri idi. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyaxu baş vermiş hadisəyə görə türk tərəfindən rəsmi qaydada üzr istədi. Türkiyə həmçinin İsraildən Qəzzaya malların idxalına bütün məhdudiyyətlərin aradan qaldırmağını tələb etdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri