FHN paytaxtda tuneldə qumbaranın aşkarlanması ilə bağlı məlumat yayıb
- 01.11.2013, 10:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda döyüş sursatının aşkarlanması ilə bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd F-1 markalı əl qumbarasıdır.
Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib.
Əməliyyat saat 03:55-də başa çatıb.