“Palçıq Pilpiləsi”ndə yeni quyu
- 01.11.2013, 12:20,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Palçıq Pilpiləsi” yatağındakı 1005 nömrəli meydançadan 1300 nömrəli quyu aparılmış geoloji tədbirlərdən sonra istismara verilib.
ANS-in ARDNŞ-in saytına istinadla verdiyi məlumata görə, quyu Qala-1 lay dəstəsindən istismar fonduna qəbul edilib.
Yeni quyu 683-667 metr intervaldan sutkada 5 ton neft hasil etməyə imkan verəcək.
Quyu “Neft Daşları” NQÇİ tərəfindən istismar olunur.