Prodüser Mr.Tolik: "Pozğunları yuxarı başda əyləşdirmək adət halını alıb"

Prodüser Mr.Tolik: "Pozğunları yuxarı başda əyləşdirmək adət halını alıb"  Tolik kimi tanınan prodüser Tarix Əliyev stilist Nigar İbrahimovanın toyu ilə bağlı yazdığı statusu silməsinin səbəbini açıqlayıb.


ANS-in məlumatına görə, prodüser bu haqda şəxsi İnstagram səhifəsində məlumat verib:


“Dünənki toyla bağlı statusu ona görə sildim ki, deməsinlər düşmənçilik edir. Bir onu bilirəm ki, hörmətli insanları ayaqüstə qoyub, şəhərin ən üzdə olan pozğunlarını yuxarı başda oturtmaq adət halını alıb”.


Xatırladaq ki,Tolik toy haqda ötən gecə: “Toy eləməklə deyil, gərək toy etməyi bacarasan. El gözünə milləti yığmaqla deyil” şərhini yazıb.



Prodüser Mr.Tolik: "Pozğunları yuxarı başda əyləşdirmək adət halını alıb"
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri