Prezident İlham Əliyev Ünvan Reyestrinin fəaliyyətini tənzimləyən fərman imzalayıb
- 02.11.2013, 13:37,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
ANS xəbər verir ki, fərmana əsasən Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsi, digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək nəzərdə tutulur.
Fərmanda, “Azərbaycanda Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi, iki ay müddətində Azərbaycanda Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə texniki reqlamentin təsdiq edilməsi, iki ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanıb Prezidentə təqdim edilməsi, iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasının nəzarətdə saxlanması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verilməsi, Azərbaycanda Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin təşkili və saxlanılması ilə bağlı maliyyə məsələlərinin həll edilməsi, bu Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi, Azərbaycan Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Nazirlər Kabinetinə məlumat verilməsi, Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi nəzərdə tutulur.