Azərbaycanlı modelyer Günel Rüstəmovanın libasını şahzadə geyinib
- 02.11.2013, 13:59,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı modelyer Günel Rüstəmovanın libasını Yəmən şahzadəsi Muzna Əl Səyyid geyinib.
Live.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Gyunel" brendinin 2013 payız-qış kolleksiyasından olan libasla şahzadə Londonun "St Pancras Renaissance otelində təşkil olunan ziyafətdə görünüb. Gecədə modelyer dəbsevərlərlə görüşərək, yeni layihələrini müzakirə edib.
Qeyd edək ki, Günel Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Londonda yaşayan modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Sonuncu dəfə Parisdə baş tutan moda kolleksiyasından Fransanın “Paris capitale” jurnalında yazı dərc olunmuşdu. Modelyerin geyimlərinin özəlliyi kolleksiyalarında ağ qızıl və gümüşlə bəzədilən müxtəlif forma və rənglərdə geyimlərə üstünlük verməsidir. O, Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. Modelyer həm də rəssam kimi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.