Qaçırılmış maşın Xırdalan sakinini vuraraq öldürüb

Xırdalanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-də saat 05.00 radələrində Xırdalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Zahidə Cəfərova vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisənin Yasamal rayonu ərazisində yaşayan Quba rayon sakini Sərdar İsmayılova məxsus “VAZ-2107” markalı avtomaşınla törədilməsi müəyyən edilib.

S. İsmayılov Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək noyabr ayının 1-nə keçən gecə avtomaşınının evinin qarşısından qaçırıldığını və həmin gün saat 16.30 radələrində əzilmiş vəziyyətdə yenidən evinin qarşısına qaytarıldığını bildirib.

Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri