Prezident İlham Əliyev və xanımı Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun açılışında iştirak ediblər
- 07.05.2013, 10:52,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Birinci Cənubi Qafqaz Forumu başlayıb. Trend-in məlumatına görə, forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumu açaraq tədbirin əhəmiyyəti haqqında danışıb. O, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi.
Azərbaycan Prezidenti Forumun açılışında nitq söylədi.
Sonra İordaniya Kraliçası Ülyahəzrət Nur, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Madrid Klubunun prezidenti, Niderlandın keçmiş Baş naziri Vim Kok çıxış ediblər.
Qeyd edək ki, Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın müxtəlif ölkələrindən 300-dən çox ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər iştirak edirlər.
Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.