Milli Məclis Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim edilən Amnistiya aktını qəbul etdi
- 07.05.2013, 13:24,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisdə Amnistiya aktının müzakirəsinə başlanılıb.
Trend xəbər verir ki, Amnistiya aktı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin gündəliyinə daxil olub.
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bununla bağlı çıxış edib.
Amnistiya aktı yekdilliklə qəbul edilib.
Sənəddə qeyd olunub ki, Amnistiya aktı təxminən 9 min şəxsə şamil ediləcək. Bunlardan 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.
Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.