Şəmkirdə piyadanı vurub öldürən avtomobilin sürücüsü qaçıb
- 05.11.2013, 10:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında magistral yolun Muxtariyyə kəndindən keçən hissəsində baş verib.
Naməlum avtomobil yolu keçmək istəyən Şəmkir rayonunun Keçili kənd sakini, 37 yaşlı Məhərrəmov Anar Məhəmməd oğlunu vurub. Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində tədbirlər həyata keçirilir.