TQDK sədri yeni təhsil nazirinin attestatlarla bağlı təklifinə münasibət bildirdi
- 07.05.2013, 13:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib.
Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə açıqlamasında M. Abbaszadə qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək:
"Mövcud qanunvericilik var. Hələki attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik".
Qeyd edək ki, Mikayıl Cabbarovun bütün 11-ci sinif şagirdlərinin attestat almasının tərəfdarı olduğunu söyləyib. O, bunu qanunvericilik və sosial ədalət baxımından düzgün sayıb.