Rusiya estradasının ulduzu Alsu Bakıda çəkdirdiyi kliplərindən ikincisini YouTube kanalında təqdim edib.
Live.Az xəbər verir ki, «Останься» («Qal») adlı rusca olan mahnıya çəkilən klipin rejissoru Mariya İbrahimovadır.
Klipdəki görüntülər Bakı və Abşeronda lentə alınıb.
Xatırladaq ki, bundan bir neçə ay öncə də Bakıda lenta alınmış «Олы Юлнын Тузаны» («Пыль большой дороги» - «Böyük yolun tozu») mahnıya çəkilən klipi təqdim etmişdir.