Azərbaycanın mobil operatoru AZAL təyyarələrində internet xidmətləri tətbiq edib
- 05.11.2013, 17:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC (Nar Mobile ticarət markası) AZAL ("Azərbaycan Hava Yolları" QSC) şirkətinin avialaynerlərinin göyərtəsində internet xidmətlərini işə salıb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Şirkətdən deyildiyi kimi, məlumatların ötürülməsi xidmətindən Qapalı Səhmdar Cəmiyyətinin 9 avialaynerində istifadə etmək mümkündür. Sərnişinlər səs xidmətlərindən, SMS və MMS xidmətlərindən istifadədən başqa, xəbərlər izləyə, elektron poçtu yoxlaya və sosial şəbəkələrdə ünsiyyət saxlaya bilərlər.
Nar Mobile şəbəkəsinin abunəçiləri üçün "Nar Air" tarif planı var. Avialaynerlərin göyərtəsində daxil olan və çıxan zənglərin dəqiqəsinin dəyəri 2 manat təşkil edir. SMS-in göndərilməsi 0,50 manatdır (daxil olan SMS pulsuzdur). MMS-in göndərilməsinin dəyəri 2,6 manat, bir meqabayt GPRS isə 9 manata başa gəlir.
Şirkətdən bildiriblər: "Yaxın vaxtlarda bu xidmət növləri üzrə tariflərin azaldılması gözlənilmir. Lakin şirkət Yeni il bayramı günlərində Nar Mobile abonentləri olan AZAL sərnişinləri üçün aksiya keçirməyə hazırlaşır".
2014-cü ildə səs xidmətləri və intrnet xidmətlərindən istifadə AZAL-ın bütün təyyarələrində mümkün olacaq.
Qeyd edək ki, "Azerfon" şirkəti aviaşirkətin hava gəmilərində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə AZAL ilə 10 illik eksklüziv sazişə malikdir.