Azərbaycanı noyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “Uşaq Eurovision – 2013” müsabiqəsində təmsil edəcək ifaçı və onun mahnısı məlum olub.
Live.az xəbər verir ki, bu il ölkəmizi müsabiqədə Rüstəm Kərimov təmsil edəcək.
Rüstəm 2003-cü ilin avqustunda Bakıda anadan olub. O, iki yaşından oxumağa başlayıb və meylini musiqiyə salıb. Uşaq bağçasında isə Rüstəm artıq bütün konsertlərin əsas ulduzuna çevrilib. 2011-ci ildə Rüstəm Rəşid Behbudov adına musiqi məktəbində fortepianoda ifanı öyrənməyə başlayıb.
Bu il ölkəmizi “Uşaq Eurovision – 2013” mahnı müsabiqəsində təmsil edəcək ifaçı və onun “Me and my guitar” adlı mahnısını təqdim edirik.
Mahnının sözləri Murad Arifə, musiqisi Dmitriy Saratskiyə məxsusdur.