Gəncədə baş verən ağır yol qəzasında 1 qadın ölüb, 2-si azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb

Gəncədə ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə noyabrın 5-də saat 20.30 radələrində, şəhərin Heydər Əliyev prozpekti ilə Adilxan Ziyadxanlı küşəsinin kəsişməsində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Alim Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Ələkbər Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə toqquşub.

Qəza zamanı “VAZ 2107” –nin sürücüsü Alim Hüseynovun həyat yoldaşı Günel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib, sürücünün özü və az yaşlı uşaqları 4 yaşlı Rüzigar Əliyev və 3 yaşlı Şövkət Əliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasının tramatalogiya şöbəsinə yerləşdilrilib.

Xəstəxandan verilən məlumta görə, Alim Əliyevın vəziyyəti ağır olaraq qalır. Bundan başqa “Mercedes”də olan sürücü Ələkbər Əliyev və sərnişini Etibar Hüseynov yüngül bədən xəsarətləri alıb.

Gəncə Şəhər Baş polis İdarəsinin müstəntiqi Əli Əhmədovun sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri