Mərkəzi Klinikanın Gəncə şöbəsində açıq ürək əməliyyatları aparılıb
- 06.11.2013, 10:14,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Klinikanın Gəncə şöbəsində ürək cərrahiyyəsi şöbəsi açılıb və açıq ürək əməliyyatları aparılıb.
APA-nın xəbərinə görə, 5 il əvvəl fəaliyyətə başlamış Gəncə Diaqnostoka Mərkəzi Mərkəzi Klinikanın Gəncə xəstəxanasına çevrilib.
Mərkəzi Klinikanın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, 100 çarpayılıq xəstəxanada Bakıda, Mərkəzi Klinikada icra olunan bütün tibbi prosedurlar eynilə icra olunacaq. Burada peşəkar kollektiv formalaşdırıldığını bildirən baş həkim artıq əməliyyatlara başlanıldığını da deyib.
Baş həkimin dediyinə görə, 3 gün ərzində müraciət edən 100-dən artıq xəstədən 14-ü əməliyyat olunub.