Leyla Əliyeva: Heydər Əliyev bu gün özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə dünyanı təəccübləndirən Azərbaycan yaratmışdır

Leyla Əliyeva: Heydər Əliyev bu gün özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə dünyanı təəccübləndirən Azərbaycan yaratmışdır Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunda böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecə keçirilmişdir.

AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatına görə, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil etdikləri gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli gecəni açaraq demişdir:

"Mayın 10-da əzəməti və böyüklüyü zaman keçdikcə daha çox başa düşülən, yaddaşımızda əbədi yaşayacaq bir insanın - Heydər Əliyevin anadan olmasından 90 il ötür. Heydər Əliyevsiz yaşadığımız bu 10 il bizə göstərmişdir ki, Ulu Öndərlə Azərbaycanın taleyi əbədi olaraq sıx çulğalaşmış, vəhdət təşkil etmişdir. Çiçəklənən, müstəqil və güclü müasir Azərbaycan elə onun ömrünün davam etməsi deməkdir. Heydər Əliyev hamını heyran qoyan, qəfil dönüşlər və cəsarətli çağırışlarla dolu parlaq bir ömür yaşamışdır. Özündən sonra Yer üzündə qoyduğu misilsiz və möhtəşəm iz onun adını dünyanın sərvətinə çevirmişdir. Onun səyləri ilə ölkəmiz əsl müstəqillik qazanmış və məhv olmaqdan qurtulmuşdur. Heydər Əliyev bu gün dünyanı özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə heyrətləndirən bir Azərbaycan yaratmışdır. O, ölkəmizi dünya siyasi arenasına çıxarmış və onun nüfuzu sayəsində Azərbaycanın səsi ən yüksək kürsülərdən eşidilmişdir. Onun üçün ölkəsinin və xalqının rifahı həmişə ən başlıca məsələ olmuş və o, bütün ömrünü bu amala həsr etmişdir".

Leyla Əliyeva bildirib ki, Heydər Əliyevi Rusiya ilə çox şey bağlayır:

"O, uzun illər dünyanın ən böyük ölkəsinin hökumətində rəhbər vəzifələr tutmuş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə ölkələrimiz arasında münasibətlərin inkişafına həmişə böyük diqqət yetirmişdir. O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq və etimada söykənən münasibətləri yüksək qiymətləndirirdi, böyük rus dili və rus mədəniyyəti onun üçün həmişə əziz olmuşdur. Bu gün ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin də əsası Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərin nəticəsidir.
Əziz dostlar, Heydər Əliyev haqqında saatlarla danışa bilərəm. Onun barəsində nəhayətsiz danışmaq olar. O, qeyri-adi insan idi. Dövlət xadiminin böyüklüyü ilə sadəlik onda qeyri-adi şəkildə uzlaşmışdı. Müdriklik, mərdlik, qorxmazlıq, əzmkarlıq kimi ən gözəl keyfiyyətlər onun xarakterində cəmləşmişdi. O, istər ölkənin taleyində, istərsə də şəxsi həyatında ən ağır zamanlarda səmimi və mehriban hisslərini, xeyirxahlığını və nəcibliyini qoruyub saxlayırdı. Bununla belə öz prinsiplərindən heç vaxt əl çəkmir, açıq və mərdanə mübarizədən çəkinmir və həmişə də qalib gəlirdi. Mən Heydər Əliyevi təkcə ölkənin rəhbəri və millətin lideri kimi deyil, həm də ən sevimli, mənə əziz və yaxın adam kimi tanıyırdım. O, mənim üçün ilk növbədə baba və hər bir vəziyyətdə köməyimə çatan ən yaxşı dostum idi. Əlbəttə, bu gün həyatda onun yoxluğu mənim üçün son dərəcə ağırdır, lakin, eyni zamanda, o, həmişə yanımdadır və mən onun gücünü, müdafiəsini və məhəbbətini daim hiss edirəm. Zənnimcə, Azərbaycan xalqı da bunu hiss edir, ona qarşılıqlı məhəbbət və böyük ehtiramla cavab verir. Heydər Əliyev epoxası Azərbaycan tarixində bütöv bir dövr olmuşdur və bu dövr onun həyatdan köçməsi ilə başa çatmamışdır. Bu gün o, ölkəsinin inkişafı ilə qürur duya bilərdi. Axı, böyük siyasi xadimin və millətin həqiqi liderinin başlıca məqsədi və işi öz xalqını xoşbəxt etmək idi. Babam - böyük siyasi xadim Heydər Əliyev həyatda ən çox məhz bunu arzulayırdı".

Sonda Leyla Əliyeva babası Heydər Əliyevə həsr olunmuş şeirlər oxumuşdur.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parlaq həyatından və çoxşaxəli fəaliyyətindən söz açaraq bildirmişdir ki, Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan və Azərbaycan dövlətçiliyidir. S.Narışkin demişdir:

"Heydər Əliyevin həyat yolu və siyasi irsi təkcə Azərbaycan üçün deyil, həm də digər ölkələr, o cümlədən Rusiya üçün də dəyərlidir. Heydər Əliyevin taleyi bir çox cəhətdən Azərbaycan tarixini əks etdirir. Hələ sovet dövründə yüksək vəzifələr tutan Heydər Əliyev həm respublika, həm də ittifaq səviyyəsində yaxşı tanınırdı. O, sovet Azərbaycanına başçılıq etdiyi dövrdə onu qabaqcıl və dinamik inkişaf edən digər respublikalar sırasına çıxarmışdır. Heç şübhəsiz, Heydər Əliyev müasir Azərbaycanın təşəkkülünə sanballı töhfə vermişdir".

RF Dövlət Dumasının sədri vurğulamışdır ki, Heydər Əliyevin həyatının timsalında həqiqi, parlaq, müstəqil və məsuliyyətli bir şəxsiyyətin tarixdə oynaya biləcəyi rolu izləmək mümkündür. Heydər Əliyev ən ciddi və məsuliyyətli qərarları qəbul etməyi hamıdan yaxşı bacarırdı. Heydər Əliyev öz ölkəsini, xalqını çox sevirdi, ona sadiq idi, özü də millətlərarası və beynəlxalq dialoqun möhkəmlənməsinə, dostluq əlaqələrinin inkişafına çox böyük əhəmiyyət verirdi. S.Narışkin demişdir:

"Biz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında onun tarixi rolunu yüksək qiymətləndiririk".

Sonra 2012-ci ildə Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təsis olunmuş Heydər Əliyev adına mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına töhfəyə görə həmin mükafata bundan əvvəl MDU-nun rektoru Viktor Sadovniçi, İTAR-TASS Kollegiyasının sədri Vitali İqnatenko, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina Geniyeva, Rusiya Federasiyasının Xalq Artisti Andrey Petrov layiq görülmüşdülər. Yubiley ilində ÜAK-ın mükafatı informasiya və mətbuat sahəsində ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan gerçəkliklərinin Rusiya cəmiyyətinə çatdırılmasına və müasir Azərbaycanın müasir imicinin yaradılmasına töhfəsinə görə "Rossiyskaya qazeta"nın baş redaktoru Vadislav Froninə, təhsil sahəsində ikitərəfli münasibətlərin inkişafına və möhkəmləndirilməsinə, Azərbaycan dili və ədəbiyyatı sahəsində Rusiya mütəxəssislərinin hazırlanmasına töhfəsinə, Azərbaycan jurnalistləri üçün ixtisasartırma kursunun təşkilinə və Moskva Dövlət Dilçilik Universitetində (MDDU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasına yardımına görə MDDU-nun rektoru İrina Xaleyevaya, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə töhfəsinə, Moskvada "Bakıya uçuş sərgisinin" keçirilməsinə dəstəyinə görə Multimedia Art Muzeyin direktoru Olqa Sviblovaya, "Hakimiyyət yükü. Heydər Əliyev" sənədli-bioqrafik filmin yaradılmasına görə kinorejissor Andrey Konçalovskiyə təqdim edilmişdir.

Mükafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın Rəyasət heyətinin üzvü Fərid Haqverdiyev təqdim etmişlər.

Təntənəli gecənin bədii hissəsinin proqramı "Heydər Əliyevin sevimli əsərləri" adlanırdı. SSRİ Xalq Artisti V.Fedoseyevin rəhbərlik etdiyi P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin müşayiəti ilə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Murad Adıgözəlzadə, respublikanın Əməkdar Artisti Aygün Zeynalova çıxış etmişlər. Gecədə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərləri, habelə sonda Azərbaycanın Əməkdar Artisti Elçin Əzizovun ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı səslənmişdir.
İttifaqlar Evinin Sütunlu Salonunun foyesində Heydər Əliyevə həsr olunmuş fotosərgi təşkil edilmişdir. Tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli liderindən söz açan maraqlı materialların yer aldığı "Baku" jurnalı paylanmışdır.

Foto: AzərTAc
Şərhlər
Siyasət bölməsinin xəbərləri