Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi Gəncəyə səfər edib

Azərbaycanın yeni müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Gəncə şəhərinə səfər edib.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Şəmkir Hərbi Birləşməsində şəxsi heyətlə görüşüblər.

Z. Həsənov və N. Sadıqov Gəncədə yerləşən bir neçə hərbi hissəyə baş çəkərək vəziyyətlə yerində tanış olublar.

Şəmkir Hərbi Birləşməsində yeni təyinatların ediləcəyi gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri