Nazir Monakoya gedib

Nazir Monakoya gedib Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Monako knyazlığında Şahzadə II Albertin yüksək himayəsi ilə öz işinə başlayan 7-ci “Sülh və idman” Beynəlxalq Forumunda iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar.

Tədbirdə eyni zamanda Bakı 2015 Olimpiya Oyunları haqda da iştirakçılara məlumat veriləcək.

Tədbir 8 noyabr tarixində işini yekunlaşdıracaq.
Şərhlər
İdman bölməsinin xəbərləri