Azərbaycan paytaxtında daha bir ağır yol qəzası baş verib, iki nəfər ölüb

Bakının Suraxanı rayonunda daha bir ağır yol qəzası baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.30 radələrində aeroport yolunda qeydə alınıb.
 
“Jiquli” markalı minik avtomobili yol kənarında dirəkləri yumaq üçün su daşıyan “KamAZ” markalı yük maşını ilə toqquşub, daha sonra dirəkləri yuyan şəxsi vurub. Nəticədə minik maşının sürücüsü, 1962-ci il təvəllüdlü Məzahir Babaəli oğlu Quliyev və vurduğu şəxs aldıqları xəsarətdən dünyasını dəyişiblər.
 
Hazırda hadisə yerində araşdırma aparılır.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Suraxanı rayonunda avtobus iki piyadanı vuraraq öldürüb. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri