Bakıda qızını zorlayan ata tutuldu

Gənc qız quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb.

Suraxanı rayonu Hövsan qəsəbəsində qızı ilə zorla cinsi əlaqədə olmaqda təqsirləndirilən Vasif Məmmədov şərtli adlı şəxsin barəsində 2 aylıq həbs-qətimkan tədbiri secilib.

Live.Az APA TV-yə istinadən xəbər verir ki, Suraxanı rayon prokurorluğu məlumatı təsdiq edib.

Təqsirləndirilən şəxs artıq təcridxanaya etap olunub. Onun barəsində rayon məhkəməsinin qərarı ilə 221-ci (xuliqanlıq təkrar törədildikdə) maddəsi ilə cinayət işi acılıb.

Vasif Məmmədovun bu ilin fevralından 21 yaşlı qızı ilə cinsi əlaqədə olduğu iddia olunur. Gənc qız, atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb.

Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib. Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb. Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib.

Əməli sübut olunarsa, adı çəkilən şəxsin ittiham olunduğu xuliqanlıq maddəsi 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif oluna bilər.



Şərhlər
Hadisə bölməsinin xəbərləri