Viktor Xristenko: “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına üzvlüyünə əngəl törədə bilməz”
- 07.11.2013, 10:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistanla Azərbaycan arasındakı həll olunmayan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına üzvlüyünə əngəl törətməyəcək”.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Viktor Xristenko Ermənistanın baş naziri Tiqran Sarkisyanla keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, münaqişə ilə bağlı mövcud situasiya Ermənistanın planlarına mane ola bilməz: “Bu planların həyata keçirilməsi Qarabağ problemi ətrafında yaranmış vəziyyəti mürəkkəbləşdirməz, əksinə, yaxşılaşdırar”.
V. Xristenko qeyd edib ki, Qarabağ problemi illərdir davam edir, bu problemin Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bir əlaqəsi yoxdur və münaqişənin həlli ilə məşğul olan format mövcuddur.