“Barselona” və “Atletiko” qalib gəlib, “Borussiya” isə öz meydanında məğlub olub

“Barselona” və “Atletiko” qalib gəlib, “Borussiya” isə öz meydanında məğlub olub Çempionlar Liqasının qrup mərhələsində IV tur başa çatıb. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ikinci oyun günündə E, F, G və H qruplarında növbəti matçlar keçirilib.

H qrupunun lideri “Barselona” doğma azarkeşləri qarşısında “Milan”ı sınağa çəkib. Ötən tur rəqibi ilə 1:1 bərabərə qalan Xerardo Martinonun yetirmələri bu dəfə qələbə qazanıb.

“Land of fire Azerbaijan” formalı “Atletiko” isə evdə “Austriya” ilə üz-üzə gəlib. Qrupda məğlubiyyət acısını dadmayan Madrid klubu rəqibini bu dəfə də darmadağın edib.

Doğma arenada “Arsenal”ı qəbul edən “Borussiya” isə məyus olub. Dortmundlular London təmsilçisinə minimal hesabla uduzub.


E qrupu
“Bazel” (İsveçrə) - “Styaua” (Rumıniya) 1:1
Sio, 90 - Piovakkari, 11
“Çelsi” (İngiltərə) - “Şalke” (Almaniya) 3:0
Eto’O, 31, 54, Demba Ba, 83



F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Arsenal” (İngiltərə) 0:1
Remzi, 62
“Napoli” (İtaliya) - “Marsel” (Fransa) 3:2
Gökhan İnlər, 22, İquain, 24, 75 - Ayev, 10, Tauvin, 64



G qrupu
"Zenit" (Rusiya) - "Porto" (Portuqaliya) 1:1
Hulk, 28 - Qonzales, 23
"Atletiko" (İspaniya) - "Austriya" (Avstriya) 4:0
Miranda, 11, Qarsiya, 25, Felipe, 45, Kosta, 82



H qrupu
“Ayaks” (Hollandiya) - “Seltik” (Şotlandiya) 1:0
Şon, 51
“Barselona” (İspaniya) - “Milan” (İtaliya) 3:1
Messi, 30 (pen), 83, Busqets, 40 - Pike, 45 (avtoqol)
Şərhlər
İdman bölməsinin xəbərləri