Azərbaycanda valideynlər bütün mobil operatorlar vasitəsilə şagirdlər barədə SMS-lə məlumat ala bilərlər
- 07.11.2013, 10:38,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Elektron gündəlik" layihəsi çərçivəsində şagirdlərin müvəffəqiyyəti haqqında valideynlərin SMS-lə məlumatlandırılması xidmətindən artıq Azərbaycanın mobil operatorlarının (Bakcell, Azercell və Azerfon) şəbəkələrində istifadə etmək mümkün olub. Bu barədə Trend-ə "Ultra" şirkətindən məlumat veriblər.
Sistem inteqratoru funksiyasını yerinə yetirən "Ultra" şirkəti layihənin həyata keçirilməsi üzrə texniki işlərin həvalə edildiyi struktur qismində seçilib.
Bu xidmətə qoşulmaq üçün 9988 nömrəsinə qısa ismarış (şagirdin adını, məktəbin nömrəsini, sinif və ev telefonunun nömrəsini qeyd etmək lazımdır) göndərmək tələb olunur.
Xidmətə qoşulma haqqı 4,72 manatdır.