Yaxın üç ildə Bakıda 8 metro stansiyası açılacaq

Bakı Metropoliteninin yeni xəttində (Bənövşəyi xətt) gələn il ilk iki stansiya – «Avtovağzal» və şərti adı «Memar Əcəmi-2» olan stansiyalar istismara veriləcək.


Sonrakı iki il ərzində isə daha üç stansiyanın istifadəyə verilməsi planlaşdırılır.


Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.


T.Əhmədov qeyd edib ki, bununla yanaşı Yaşıl xətdə daha 3 stansiyanın inşası planlaşdırılır. Hazırda şərti adı «Həzi Aslanov-2» stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır.


«Bir sözlə, qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı 8 stansiya istismara veriləcək», - deyə T.Əhmədov qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri