Putin 500 nəfərlik nümayəndə heyəti ilə Ermənistana səfər edəcək

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-2-də Ermənistanda səfərdə olacaq.

APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan deyib.

A. Abramyan səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunacağını söyləyib: “Mən bilirəm ki, Ermənistan prezidentinin Rusiya prezidenti ilə müzakirə etmək istədiyi çox məsələ var”.

A. Abramyan V. Putinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 500-ə yaxın insanın, o cümlədən iş adamlarının daxil olacağını və İrəvanda Ermənistan-Rusiya biznes forumunun keçiriləcəyini də əlavə edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri