“Twitter” bir dəqiqəyə 80% bahalaşıb
- 08.11.2013, 01:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mikrobloqlar servisi “Twitter”in səhmləri Nyu-York fond birjasında hərracın ilk dəqiqələrində 81% bahalaşaraq 46 dollara çatıb. ANS-in məlumatına görə, şirkətin bazar qiyməti 25 milyard dollara çatıb.
Noyabrın 6-da ilkin yerləşdirmə (IPO) zamanı bir qiymətli kağız 26 dollar səviyyəsində qiymətləndirilib. Beləliklə, mikrobloqlar servisinin ümumi dəyəri 14 milyard dollar olub. Bu, ilk gözləntidən xeyli yüksək olub. İlkin proqnoza görə gözlənilirdi ki, IPO-nun gedişində səhmin qiyməti 17-20 dollar təşkil edəcək.