Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başa çatıb

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan yığmasının oyunçus Ruslan Abışovun şərəfini qoruduğu Kazanın "Rubin" komandası öz meydanında İngiltərənin "Uiqan" klubunu qəbul edib. Oyun 1:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.

Türkiyənin "Trabzonspor" klubu səfərdə Polşanın "Legiya" komandası ilə qarşılaşıb. 71-ci dəqiqədə avtoqol qeydə alınıb: Dossa Cunior türkləri sevindirib. 8 dəqiqə sonra Olcan Adin hesabı 2-yə çatdırıb - 0:2.

Beləliklə, Trabzon təmsilçisi 4 oyundan 10 xalla qrup liderliyini davam etdirir.

Turun ən çox qol vurulan matçı Təl-Əvivdə baş tutub. Yerli "Makkabi" klubu Almaniyanın "Ayntraxt" komandasını 4:2 hesabı ilə məğlub edib.

Turun digər oyunları:

A qrupu
"Kuban" (Krasnodar, Rusiya) - "Suonsi" (İngiltərə) - 1:1
"Sent Qallen" (İsveçrə) - "Valensiya" (İspaniya) - 2:3
B qrupu
"Ludoqorets" (Razqrad, Bolqarısran) - "Çernomorets" (Odessa, Ukrayna) - 1:1
"PSV Eyndhoven" (Hollandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
C qrupu
"Esbyerq" (Danimarka) - "Elfsborq" (İsveç) - 1:0
"Standard" (Lyej, Belçika) - "Zalsburq" (Avstriya) - 1:3
D qrupu
"Rubin" (Kazan, Rusiya) - "Uiqan" (İngiltərə) - 1:0
"Maribor" (Sloveniya) - "Zulte Varegem" (Belçika) - 0:1
E qrupu
"Dnipro" (Ukrayna) - "Pakoş Ferreyra" (Portuqaliya) - 2:0
"Panduri" (Rumıniya) - "Fiorentina" (İtaliya) - 1:2
F qrupu
APOEL (Nikosiya, Kipr) - "Bordo" (Fransa) - 2:1
"Makkabi" (Təl-Əviv, İsrail) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 4:2
G qrupu
"Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika) - 2:2
"Thun" (İsveçrə) - "Dinamo" (Ukrayna) - 0:2
H qrupu
"Sevilya" (İspaniya) - "Liberets" (Çexiya) - 1:1
"Eştoril" (Portuqaliya) - "Frayburq" (Almaniya) - 0:0
I qrupu
"Riyeka" (Xorvatiya) - "Lion" (Fransa) - 1:1
"Gimarayeş" (Portuqaliya) - "Betis" (İspaniya) - 0:1
J qrupu
"Legiya" (Varşava, Polşa) - "Trabzonspor" (Türkiyə) - 0:1
"Latsio" (İtaliya) - "Apollon" (Limassol, Kipr) - 2:1
K qrupu
"Tromso" (Norveç) - "Anji" (Mahaçqala, Rusiya) - 0:1
"Tottenhem" (İngiltərə) - "Şerif" (Moldova) - 2:1
L qrupu
"AZ Alkmaar" (Hollandiya) - "Şaxtyor" (Karaqanda, Qazaxıstan) - 1:0
"Makkabi" (Hayfa, İsrail) - PAOK (Yunanıstan) - 0:0
Şərhlər
İdman bölməsinin xəbərləri