Gəncədə qızı ilə mübahisə edən qadın özünü yandırıb

Gəncə şəhər sakini ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 44 yaşlı Gülnarə Mahmudovaya bədənin müxtəlif hissələrinin ağır yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, G. Mahmudova dünən axşam saatlarında yaşadığı yataqxanada 21 yaşlı qızı Ceyhunə Rəfiyeva ilə mübahisə edib və sonra intihar məqsədi ilə üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri