İranın Azərbaycandakı səfirliyi sərhəd-keçib məntəqəsinin bağlanması ilə bağlı bəyanat yayıb
- 08.11.2013, 13:42,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Azərbaycanla Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlaması barədə bəyanatla çıxış edib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlər nəticəsiz qalmasıdır.
Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb: “Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.
Səfirliyin bəyanatında qeyd edilib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda sərhəd bağlanmır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
Bəyanatda o vurğulanıb ki, səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün ldanışıqları davam etdirirlər.