Obama Kubaya qarşı yarım əsrlik sanksiyaları ləğv etmək istəyir

ABŞ Kubaya qarşı 1960-cı ildən tətbiq etdiyi sanksiyaları ləğv edə bilər.

APA-nın “İTAR-TASS”a istinadən xəbərinə görə, ABŞ prezidenti Barak Obama deyib ki, yaradıcı və düşüncəli olmalı, siyasətlərini yeniləməlidirlər.

Barak Obama bildirib ki, Kubaya qarşı sanksiya yarım əsr əvvəl tətbiq olunub və müasir dövrdə o qədər də aktual olmaya bilər. Onun sözlərinə görə, 1960-cı illərdən tətbiq olunan sanksiyalara yenidən baxmaq qərarı kubalılarla münasibətlərin yeni mərhələyə qədəm qoymasına imkan verəcək: “Yeni nəsil amerikalılar ikitərəfli münasibətlərdə yeni mexanizmlərin axtarışına hazırdır”.
Şərhlər
Dünya bölməsinin xəbərləri