AMEA-nın müxbir üzvü: “Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq”
- 11.11.2013, 14:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq. 2030-cu ilə qədər isə dünyada neftin qiyməti 2 dəfə qalxacaq”.
“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Xəzər neft və qaz həftəsi – 2013” konfransında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmira Ramazanova bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın əsas problemi neft və qazla çirklənən ərazilərin təmizlənməsidir: “Bu gün İnstitutumuz bununla bağlı bir çox araşdırmalar aparıb, bununla bağlı müxtəlif patentlər əldə edib. Neft sənayesində nano-texnologiyalardan istifadə edilməlidir. Azərbaycanın iqlimi nano-texnologiyaların istifadəsi üçün olduqca əlverişlidir”.
E. Ramazanova deyib ki, bununla bağlı bir sıra ixtiralar əldə ediblər: “ABŞ patent institutu bu nano-hissəciklərin və nano-menbranların əldə olunmasına dair patent verib”.