Ağcabədidə 7 yaşlı uşaq su kanalına düşərək ölüb
- 11.11.2013, 14:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağcabədi rayonu ərazisində yerləşən Taxta Körpü qəsəbəsində 7 yaşlı uşaq su kanalına düşərək ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kanalda boğulan uşaq əslən Laçın rayonunun Ərdəşəvi kəndindən olan İbrahimov Zamiq Bəhlul oğludur. Uşaq məskunlaşdığı köçkün obasının yaxınlığından keçən su kanalına düşüb. Valideynləri onun suya düşməsindən çox gec xəbər tutduqlarına görə, azyaşlını xilas etmək mümkün olmayıb. Onun meyiti bir neçə saatdan sonra tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.