FİFA 2013-cü ilin 10 ən gözəl qolunu açıqladı

FİFA 2013-cü ilin 10 ən gözəl qolunu açıqladı FİFA 2013-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb. Live.az-ın məlumatına görə, qurum ən yaxşılar arasında seçim etməyi azarkeşlərin öhdəsinə buraxıb.


Qurumun saytı vasitəsilə səs verəcək azarkeşlər 2013-cü ilin qolunu müəyyənləşdirəcək. Dekabrın 9-a qədər davam edəcək səsvermənin 1-ci mərhələsindən sonra namizədlərdən yalnız 3-ü Ferens Puşkaş mükafatı uğrunda mübarizəni davam etdirəcək.


Səsvermənin ilk mərhələsi dekabrın 9-na qədər davam edəcək.Bundan sonra 3 namizəd arasında səsvermə davam etdiriləcək.Qalib yanvarın 13-də məlum olacaq.


10 ən gözəl qoldan ikisinin müəllifi qadın futbolçudur. İki qol isə ötən il analoji siyahı açıqlandıqdan sonra vurulduğu üçün bu dəfəki siyahıya daxil edilib.


Qeyd edək ki, 2009-cu ildən təsis olunan mükafatı Kristiano Ronaldo (2009), Həmit Altıntop (2010), Neymar (2011) və Miroslav Stox (2012) qazanıblar.


Qolları burada baxmaq olar: http://www.youtube.com/watch?v=UEBF2hYmAeU&list=PLCGIzmTE4d0hfNDclHg7GHGC6VZ5QR6Sx


1. Peter Ankersen – 10.08.2013
Danimarka çempionatı: “Esbyerq” – “Orxus”
2.Liza De Vanna – 01.06.2013
Yeni Zelandiya çempionatı: “Skay Blu” – “Boston Breakers”
3.Antonio Di Natale – 07.04.2013
İtaliya çempionatı: “Udineze” – “Kyevo”
4.Zlatan İbrahimoviç – 01.11.2012
Yoldaşlıq oyunu: İsveç – İngiltərə
5.Panagiotis Kone – 16.12.2012
İtaliya çempionatı: “Napoli” – “Bolonya”
6.Daniel Ludueña – 27.07.2013
Meksika çempionatı: “Paçuka” – “Tigres”
7.Nemanya Matiç – 13.01.2013
Portuqaliya çempionatı: “Benfika” – “Porto”
8.Luisa Nécib – 17.03.2013
Fransa çempionatı: “Lion” – “Sent-Eryenn”
9.Neymar – 15.06.2013
Konfederasiyalar kuboku: Braziliya – Yaponiya
10.Xuan Manuel Oliveyra – 28.08.2013
Sudamerikana kuboku: “Nautiko” – “Resife”
Şərhlər
İdman bölməsinin xəbərləri