Gəncədə saxta şəxsiyyət vəsiqəsi alma faktının üstü açılıb
- 12.11.2013, 15:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 7 il saxta şəxsiyyət vəsiqəsi gəzdirmə faktı aşkarlanıb.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 39 yaşlı Murad Paşayev Kəpəz rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə müraciət edərək bildirib ki, keçmiş SSRİ nümunəli pasportunu itirdiyindən ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilsin. Araşdırma zamanı məlum olub ki, şəhər sakini, Rusiya Federasiyasında axtarışda olan, 44 yaşlı Qamət Seyidov 2006-cı ildə öz fotoşəkilini Kəpəz rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə təqdim edərək, Murad Paşayevin adına saxta vəsiqə alıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.