Azərbaycanın cənubunda avtomobil yolunda yenidən uçqun olub
- 12.11.2013, 15:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son bir neçə gündə cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran-Lerik yolunda yenidən torpaq uçqununa səbəb olub.
APA-nın cənub bürosunun məlumatına görə, torpaq uçqunu bu dəfə yolun 17-18-ci kilometrliyində - Lənkəranın Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Nəticədə isə nəqliyyatın hərəkətində qısa müddətli məhdudiyyətlər yaranıb. Uçqun zamanı yola torpaq, gil qatı və qaya parçaları tökülüb. 43 saylı Lerik Yol istismar idarəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, hadisə yerinə cəlb edilmiş ağır texnikanın müdaxiləsi nəticəsində yol təmizlənib. Hazırda idarənin texnikası və canlı qüvvəsi ərazidə hazır vəziyyətə gətirilib. Uçqun aktiv olduğundan onun hər an yenidən baş verməsi istisna olunmur.