Azərbaycanda sığorta şirkətinin 225 min manatını mənimsəməkdə şübhəli bilinən baş mühasibin cinayət işi məhkəməyə göndərilib
- 12.11.2013, 15:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Rəvan Sığorta” ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun, cəmiyyətin sığorta üzrə satış menecerləri tərəfindən ayrı-ayrı müştərilərdən toplanmış 1 milyon 106 min manat məbləğində sığorta haqlarının 881 min 194 manatını cəmiyyətin xəzinəsinə təhvil verməklə qalan 224 min 843 manat məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan N.Zeynalova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.